Qalatasaray dan yeni strategiya: “Geri dönüş qadağandır”

23.08.2025

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Qalatasaray" son vaxtlar oyunçularının Türkiyəyə rəqib komandalara qayıtmasının qarşısını almaq üçün yeni addımlar atır.

Fanat.Az xəbər verir ki, klub Kerem Aktürkoğlunu “Benfika”ya transfer edərkən müqaviləyə “Türkiyəyə qayıtmaq qadağandır” bəndini əlavə etməsə də, gələcəkdə bu vəziyyət dəyişəcək.

Bu barədə məlumatı "Sabah" yayıb.

Məlumata görə, Barış Alper Yılmaz və Yunus Akgün kimi futbolçular klubdan ayrılacağı təqdirdə, onların müqaviləsinə xüsusi maddə əlavə olunacaq.

Bu maddəyə əsasən, oyunçular Türkiyəyə geri dönsələr belə, yalnız "Qalatasaray"da oynaya biləcəklər. Başqa heç bir Türkiyə klubunda çıxış etmələrinə icazə verilməyəcək.

Bu qərarın, klubun strateji planları və rəqiblərə qarşı üstünlüyünü qorumaq məqsədilə verildiyi bildirilib.

Kamil Xudiyev

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью