Qalatasaray de Bruyne ilə maraqlanır

07.02.2025

Operativ MM saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin de Bruyne türk nəhənglərindən birinin radarına düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Fanatik” məlumat yayıb.

Məlumata görə, İstanbulun "Qalatasaray" klubu belçikalı yarımmüdafiəçi ilə maraqlanır.

Futbolçunun İngiltərə klubu ilə müqaviləsi cari mövsümün sonuna qədər qüvvədədir.

Daha əvvəl mətbuatda De Bruyne-nin MLS-ə mümkün keçidi ilə bağlı xəbərlər yer almışdı.

Yarımmüdafiəçi Premyer Liqanın cari mövsümündə 17 oyun keçirib. Kevin iki qol vurub və altı məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью