Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyə Super Liqasında I tura start verilib.
Apasport.az xəbər verir ki, ilk oyun günündə son çempion meydana çıxıb.
"Qalatasaray" "Çorum"la qarşılaşıb. Matçda hesabı "sarı-qırmızılılar" açıb. Viktor Osimhen fərqlənib.
İkinci hissədə qonaqlar ardıcıl iki qol vurublar. Öncə Xesus Ramirez hesabı bərabərləşdirib. Çox keçmədən Fredi komandasını önə keçirib. Matçın son dəqiqələrində Osimhen "Qalatasaray"a 1 xal qazandıran qolu vurub - 2:2.
Qeyd edək ki, Super Liqada ilk tura avqustun 17-də yekun vurulacaq.
“Qalatasaray” mövsümü məğlubiyyətlə başa vurdu Premyer Liqa: “Yunayted” 3 xalı 3 qolla qazandı A Seriyası: “Roma” evdə, “Napoli” səfərdə qalib gəldi Premyer Liqa: “Tottenhem”dən xal itkisi “Barselona” “Real”ı üstələdi, ÇEMPİON OLDU