“Qalatasaray” Dibalanı alır 10 milyon təklif etdi

17.12.2024

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Türkiyənin “Qalatasaray” klubu “Roma”nın argentinalı futbolçusu Paulo Dibalanı transfer edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İstanbul klubunun vitse-prezidenti Metin Öztürk açıqlama verib. 

O bildirib ki, klub futbolçu üçün İtaliya təmsilçisinə artıq rəsmi təklif göndərilib. 

Hətta futbolçunun meneceri Karlos Novel “Qalatasaray”ın ötən gün “Trabzonspor”a 4:3 hesabı ilə qalib gəldiyi matçı da izləyib. 

İtaliyalı jurnalist Canluka Di Marzio “Qalatasaray”ın argentinalıya 10 milyon avro illik maaş təklif etdiyini bildirib. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью