Qalatasaray düşərgəsini ziyarət edən balaca Çınar həyatını itirdi

29.04.2025

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Qalatasaray" komandasının Antalyasporla səfərdə qarşılaşacağı matçdan əvvəl düşərgəsini ziyarət edən balaca Çınar Yunus Tozantaş dünyasını dəyişib.


Sherg.az xəbər verir ki, balaca Çınar bir müddətdir ki, xərçəng xəstəliyinə qarşı mübarizə aparırdı.

O, "Antalyaspor" – "Qalatasaray" qarşılaşmasından əvvəl komandanın qaldığı oteli ziyarət etmiş, futbolçularla bir-bir şəkil çəkdirərək və imza alaraq ən böyük arzusunu həyata keçirmişdi.


Allah rəhmət eləsin!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью