Idmanxeber.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Mançester Siti”nin qapıçısı Ederson Moraes “Qalatasaray”a keçməyə yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, bu gün braziliyalı qolkiperin transferi ilə bağlı danışıqlarda həlledici mərhələ olacaq.
İstanbul klubu əvvəlki 7-8 milyon avro + bonuslar təklifinin qəbul olunmadığını nəzərə alaraq, məbləği artırmağı planlaşdırır. “Qalatasaray”ın artıq Edersonla şəxsi razılığa gəldiyi bildirilir..