Qalatasaray Edersonla anlaşıb, qalıb klubu

20.07.2025

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

"Qalatasaray" "Mançester Siti"nin qapıçısı Ederson müqavilənin detallarını razılaşdırıb.

İdman.biz xəbər verir ki, bu barədə qonşu ölkə mətbuatında məlumat yer alıb.

Türkiyə çempionu braziliyalı qapıçının çıxış etdiyi "Mançester Siti" ilə danışıqlar aparacaq. "Şəhərlilər" Edersonu 20 milyon avrodan ucuz satmaq istəmirlər.

Qeyd edək ki, 31 yaşlı qolkiper 2017-ci ildən ingilis klubunun qapısını qoruyur. O, 6 dəfə İngiltərə çempionu olub, 1 dəfə Çempionlar Liqası titulunu qazanıb.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью