Qalatasaray Əhməd Kutucunun transferini tamamlayır

21.01.2025

Icma.az xəbər verir, Manset saytına əsaslanaraq.

Super Liqa nəhəngi "Qalatasaray" qış transfer pəncərəsində ilk transferini tamamlamağa yaxındır.

Manset.az bu barədə Ekol TV-yə istinadən xəbər verir.

Sarı-qırmızılılar "Eyüpspor"dan Əhməd Kutucunun transferini demək olar ki, tamamlayıb.

Əhməd Kutucunun transferi üçün "Eyüpspor"la "Qalatasaray" arasındakı ödəniş planının son detalları müzakirə edilir. Transferin 6 milyon avroya başa çatacağı gözlənilir.

24 yaşlı futbolçu bu mövsüm Super Liqada çıxdığı 18 oyunda 8 qol və 7 məhsuldar ötürmə ilə diqqət çəkib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью