Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Türkiyənin "Qalatasaray" klubu Superliqadakı növbəti ev oyununu başqa stadionda keçirəcək.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə İstanbul təmsilçisi məlumat yayıb.
"Rams Park" stadionundakı ot örtüyündə görülən işlərlə əlaqədar "sarı-qırmızılar" XII turda "Samsunspor"u "Başakşehir Fatih Terim Stadionu"nda qəbul edəcək.
Xatırladaq ki, noyabrın 21-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin