Qalatasaray evdə xal itirib

01.12.2024

Icma.az bildirir, Apasport portalına istinadən.

Türkiyə Super Liqasında XIV tur davam edir.

Apasport.az xəbər verir ki, bu gün 2 matç baş tutub.

"Qalatasaray" "Eyüpspor"la qarşılaşıb. 4 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib - 2:2.

"Rizəspor" isə "Kayserispor"u qəbul edib. Meydan sahibləri 3:0 hesablı qələbəyə seviniblər.

Qeyd edək ki, aktivində 35 xal olan "Qalatasaray" ən yaxın izləyicisi "Fənərbaxça"nı 6 xal qabaqlayır. 

Türkiyə Super Liqası
XIV tur

"Rizəspor" - "Kayserispor" - 3:0
"Qalatasaray" - "Eyüpspor" - 2:2

“Liverpul” Frimponq üçün hərəkətə keçdi “Arsenal”dan qələbə, “Lester” səfərdən xalsız dönür “Başakşəhər”dən qələbə, “Trabzonspor” yenə məğlub oldu "Beşiktaş"da Van Bronkorst dövrü başa çatdı "Beşiktaş"da ciddi itki
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью