“Qalatasaray” əzəli rəqibinin futbolçusuna göz dikdi

12.11.2026

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Qalatasaray" transfer qış transfer pəncərəsində mühüm addım atmağa hazırlaşır.

“Yeni Sabah” xəbər verir ki, "sarı-qırmızılılar" əzəli rəqibi "Fənərbağça"nın müdafiəçisi Mert Müldürün klubdakı gələcəyi ilə bağlı prosesləri yaxından izləyirlər.

İnsayder Yağız Sabuncuoğluun iddiasına görə, əgər "Fənərbağça" rəhbərliyi 27 yaşlı cinah müdafiəçisi ilə müqavilə müddətini uzatmasa, "Qalatasaray" mövsümün sonunda milli futbolçuya rəsmi təklif göndərməyi planlaşdırır. İnternet mağaza

Türkiyə millisi üzvünün "sarı-lacivərdlilər"lə mövcud müqaviləsi cari mövsümün sonunda başa çatır. O, indiyədək komandanın heyətində keçirdiyi 127 oyunda 5 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью