“Qalatasaray” “Fənərbağça” derbisini idarə edəcək hakim bəlli oldu

22.10.2026

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə Superliqasının IX turunda baş tutacaq İstanbul derbisinin hakim təyinatı açıqlanıb.

Milli.Az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının yaydığı məlumata əsasən, "Qalatasaray" və "Fənərbağça" komandaları arasında keçiriləcək qarşılaşmanın idarə olunması Atilla Karaoğlana həvalə edilib. FIFA referisi olan türkiyəli hakim prinsipial rəqiblərin duelində fit çalacaq.

Qeyd edək ki, oktyabrın 26-da keçiriləcək matç Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью