Qalatasaray Folarin Baloquna elçi düşdü

12.08.2026

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Qalatasaray" mövsümöncəsi transfer çalışmalarını davam etdirir.

Fanat.Az xəbər verir ki, İstanbul nəhəngi "Monako"nun hücumçusu Folarin Baloqunun keçidini həll etməyə çalışır.

İnformasiyanı insayder Fabritsio Romano yayıb. Məlumata görə, "sarı-qırmızılar" qarşı tərəflə danışıqlar aparır. 

ABŞ-li 25 yaşlı hücumçunun transferi ilə bağlı bir sıra klublar Fransa təmsilçisinə müraciət ediblər. Maraqlı tərəflər arasında "Qalatasaray"la yanaşı, Səudiyyə Ərəbistandan bir sıra komandası da var.

Folarin ötən mövsüm 43 matça çıxaraq, 19 qol vurub və 4 məhsuldar ötürmə edib.

Əlisahib İbrahimli

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью