Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyə Super Liqasında son dörd mövsümün çempionu olan “Qalatasaray” forma sponsorluqlarından əldə etdiyi gəliri maraq doğurub.
İdman.Biz bu ölkə mətbuatına istinadən məlumat verir ki, sarı-qırmızılı klubun forma sponsorluqlarından bu il əldə etdiyi gəlirin 68 milyon avroya (134 milyon manata) çatdığı məlum olub. Ardıcıl çempionluqlar “Qalatasaray”a olan marağı artırıb və bu da klubun sponsorluq gəlirlərinə müsbət təsir göstərib.
Bildirilir ki, ötən ilin eyni dövründə “Qalatasaray”ın forma sponsorluqlarından əldə etdiyi gəlir 54 milyon avro (106 milyon manat) təşkil edib. Beləliklə, klubun gəliri bir il ərzində 14 milyon avro (27 milyon manat) artıb.
Hazırda “Qalatasaray” formasının yalnız arxa hissəsinin sponsorsuz qaldığı bildirilir. Klubun yeni sponsorluq müqavilələri imzalamaqla illik forma sponsorluğu gəlirini 80 milyon avroya (158 milyon manata) çatdırmağı planlaşdırır.
Bu hədəfə çatılacağı təqdirdə “Qalatasaray”ın forma sponsorluqlarından əldə etdiyi gəlir ötən illə müqayisədə 30 faiz artacaq.
Qeyd edək ki, “Qalatasaray” son olaraq “Pasifik Holding”lə Avropa və Super Liqa oyunlarında forma sinə sponsorluğu üçün 17,5 milyon avro (30 milyon manat) dəyərində müqavilə imzalayıb.