Qalatasaray Frankovskini də transfer etdi

10.02.2025

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Türkiyənin "Qalatasaray" komandası heyətini yeni futbolçu ilə gücləndirib.

Axar.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Fransanın "Lans" komandasından polşalı yarımmüdafiəçi Pşemıslav Frankovskini icarəyə götürüb. 30 yaşlı oyunçu ilə müqavilənin detalları açıqlanmayıb.

Təcrübəli futbolçu "Qalatasaray"la sözləşmə imzalamaq üçün İstanbula gəlir.

Qeyd edək ki, daha öncə Mario Lemina “Qalatasaray”a transfer olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью