“Qalatasaray” fransalı hücumçu ilə maraqlanır

08.01.2025

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fransanın "Renn" klubunun hücumçusu Amin Giuri karyerasını Türkiyədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Qalatasaray" fransalı futbolçunun xidmətində maraqlıdır.

Bu barədə "FootMercato" nəşri məlumat yayıb.

Giuri "Renn"dən ayrılmaq istəyir və "Qalatasaray" variantına müsbət yanaşır.

Fransalı hücumçu bu mövsüm Liqa 1-də 16 oyunda 2 qol vurub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью