“Qalatasaray” fransalı vingerlə maraqlanır

13.06.2026

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Əl Nəsr”in futbolçusu Kinqsli Koman karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Qalatasaray” fransalı vingeri transfer etmək istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İstanbul klubu yaxın zamanda Komanla danışıqlara başlayacaq.

Koman 2025-ci ilin yayından “Əl Nəsr”də çıxış edir. O, başa çatan mövsümdə 30 oyunda 10 qol vurub, 11 məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью