Qalatasaray Gedson Fernandes üçün danışıqlara başladı

03.09.2026

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Qalatasaray" mərkəz xəttini gücləndirmək üçün gözlənilməz transfer addımı ataraq Gedson Fernandes ilə maraqlanmağa başlayıb.

Fanat.Az rusiyalı jurnalist Maksim Nikitinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Spartak Moskva" forması geyinən portuqaliyalı yarımmüdafiəçi üçün idman direktoru Fransis Kaqiqao vasitəsilə rəsmi danışıqlar aparıb.

Keçmiş "Beşiktaş"lı futbolçunun Türkiyəyə qayıdışı gündəmdəki əsas mövzulardan birinə çevrilib.

Rəhbərlik bu transferi ən qısa zamanda yekunlaşdırmaq niyyətindədir.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью