Qalatasaray gənc istedadla güclənmək istəyir

10.10.2025

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

“Qalatasaray” qış transfer pəncərəsində “Anderlext”in gənc futbolçusu Mario Stroyekensini heyətinə qatmaq niyyətindədir.

Fanat.Az xəbər verir ki, klubun sabiq futbolçusu Mertens 21 yaşlı oyunçu barədə rəhbərliyə raport hazırlayıb və onun komandaya potensial töhfəsini qiymətləndirib.

Məlumata görə, Mario Stroyekens sürəti və texnikası ilə seçilir. 21 yaşlı futbolçu “Anderlext”də göstərdiyi çıxışlarla Avropa klublarının diqqətini cəlb edib. "Qalatasaray" rəhbərliyi onun komandanın hücum xəttinə yeni dinamika qatacağını hesab edir.

Kamil Xudiyev

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью