Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin “Qalatasaray”, “Fənərbağça” və “Beşiktaş” klubları “İnter” və Türkiyə millisinin yarımmüdafiəçisi Hakan Çalhanoğlunun vəziyyətini izləyir.
İdman.Biz xəbər verir ki, bu barədə Türkiyənin “Fanatik” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, 32 yaşlı futbolçunun durumunu xüsusilə “Qalatasaray” diqqətlə izləyir.
Çalhanoğlu ilə İtaliyanın digər nəhəng klubu “Yuventus” da maraqlanır. Turin təmsilçisinin son bir neçə ay ərzində türkiyəli yarımmüdafiəçini izlədiyi bildirilir.
Futbolçunun “İnter”lə yeni müqavilə ilə bağlı danışıqlarında irəliləyiş əldə olunmasa, vəziyyət dəyişə bilər. Tərəflər sözləşmənin müddətinin uzadılması məsələsində razılığa gələ bilməsələr, “Yuventus”un Çalhanoğlunun transferi uğrunda mübarizəyə qoşula biləcəyi qeyd olunur.
Hakan Çalhanoğlu 2021-ci ildən “İnter”də çıxış edir. Onun Milan klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.