Qalatasaray hakimlə bağlı UEFA ya şikayət etdi: Onu cəzalandırın!

01.12.2025

Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

UEFA Çempionlar Liqasının 5-ci turunda "Belçikanın "Union Saint Gilloise" komandasına evində 0-1 hesabıyla uduzan "Qalatasaray" klubu UEFA-ya şikayət ərizəsi verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstannbul klubu oyunun ispaniyalı hakim Xose Maria Sançez Martinez və onun qərarlarından şikayətçi olub.

Klub şikayətində yazıb ki, rəqibi yeganə qolu vurmasının bir nömrəli səbəbkarı hakimdir.

Klubdan bildirilib ki, hakimin rəqib oyunçuya vermədiyi qırmızı vərəqə oyunun taleyini və komandanın haqqını mənimsəyib: "Qırmızı vərəqəni vermədiyi "Union Saint-Gilloise"də oynayan həmin Promise David az sonra qolu vurdu. Bundan əlavə, hakim ciddi zədə olmadığı halda oyunu 4-5 dəfə dayandırmaqla matçın tempini saldı...".

İstanbul klubu sonda ümid edib ki,  UEFA ciddi səhvlərə yol verən hakimi cəzalandıracaq.

Fərid ASLAN
Mia.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью