“Qalatasaray” hesabı bərabərləşdirdi Yenilənir+Video

17.02.2026

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində İstanbulda keçirilən “Qalatasaray” – “Yuventus” matçı gözlənildiyi kimi gərgin start götürüb.

“Qafqazinfo” xəbər verir ki, “Rams Park”da baş tutan qarşılaşmanın ilk dəqiqələrindən tərəflər hücum futboluna üstünlük veriblər.

Matçın 15-ci dəqiqəsində meydan sahiblərinin braziliyalı ulduzu Qabriel Sara dəqiq zərbə ilə “Yuventus”un qapısına yol taparaq hesabı açıb.

Lakin “sarı-qırmızılılar”ın qol sevinci çox çəkməyib. Cəmi bir dəqiqə sonra – 16-cı dəqiqədə turinlilərin hollandiyalı yarımmüdafiəçisi Teun Kopmayners tarazlığı bərpa edib – 1:1.

***

32-ci dəqiqədə Kopmayners dubla imza atıb.

***

Fasilə.

***

İkinci hissə başladı.

***

Noa Lanq 49-cu dəqiqədə hesabı bərabərləşdirdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью