Qalatasaray heyətini Vulverhempton un futbolçusu ilə gücləndirib

05.02.2025

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin "Qalatasaray" klubu heyətini "Vulverhempton"un yarımmüdafiəçisi Mario Lemina ilə gücləndirib.

Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçi bu barədə şəxsi "Instaqram" hesabından paylaşım edib.

"Qalatasaray" qabonlu futbolçu ilə 1+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Mario Lemina "Vulverhempton" klubunun forması ilə bu mövsüm çıxdığı 19 oyunda 1 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью