Qalatasaray hücumçusunu Ayntraxt a satdı

04.02.2025

Icma.az, Teleqraf.com saytına istinadən bildirir.

Almaniyanın "Ayntraxt Frankfurt" klubu Türkiyə "Qalatasaray"ının futbolçusu Mişi Batşuayini transfer edib.

Teleqraf.com Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı belçikalı hücumçu ilə 2027-ci il iyunun 30-dək müqavilə imzalanıb.

"Qalatasaray" bu keçiddən 3 milyon avro gəlir əldə edib.

Qeyd edək ki, Mişi Batşuayi cari mövsüm ərzində meydana çıxdığı 30 oyunda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, ötən yay "Fənərbağça"dan ayrıldıqdan sonra azad agent statusu ilə "Qalatasaray"a keçmişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью