Qalatasaray İcardinin yerini onunla doldurmaq istəyir

15.11.2024

Icma.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.

Mauro İcardinin zədələnməsi və mövsümü bağlamasından sonra "Qalatasaray" hücumçu axtarışlarına başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Türkiyə KİV-ə istinadən xəbər verir ki, "sarı-qırmızılılar"a menecerlər tərəfindən Səudiyyə Ərəbistanı komandası "Al-Ittifaq"da forma geyinən Moussa Dembele təklif edilib.

Səudiyyə Ərəbistanından ayrılmaq istəyən 28 yaşlı oyunçu üçün hərəkətə keçiləcək və 6 aylıq bir təklif ediləcək.

Müqaviləsi 2025-ci ilin iyun ayında bitəcək olan Dembele bu təklifi qəbul edərsə müqavilə imzalanacaq.

28 yaşlı futbolçu bu mövsüm çıxdığı 12 oyunda 3 qol vurub və 2 asist edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью