“Qalatasaray” İlkay Gündoğanın zədəsi barədə açıqlama verib

23.10.2025

Missiya.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


“Qalatasaray” klubu türk əsilli alman futbolçu İlkay Gündoğanın zədəsi ilə bağlı məlumat yayıb.

Missiya.Az xəbər verir ki, UEFA Çempionlar Liqasının üçüncü turunda Norveçin “Bodo/Glimt” komandası ilə qarşılaşma öncəsi keçirilən son məşq zamanı futbolçu ağrı hiss edib.

İstanbul təmsilçisinin mətbuat xidmətindən bildirilib ki, aparılan MRT müayinələri nəticəsində İlkay Gündoğanın sağ baldır nahiyəsində orta dərəcədə əzələ gərginliyi və qanaxma müəyyən olunub.

Klubdan verilən açıqlamada qeyd olunub ki, təcrübəli yarımmüdafiəçinin müalicəsinə başlanılıb.

Seyranə Quliyeva
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью