Qalatasaray İlkay Gündoğanla rəsmi razılıq əldə etdi

30.05.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə nəhəngi "Qalatasaray" heyətini gücləndirmək üçün "Mançester Siti"nin 34 yaşlı ulduzu İlkay Gündoğanla rəsmi razılıq əldə edib.

Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, futbolçunun meneceri ilə klub rəsmiləri qarşılıqlı razılığa gəliblər.

Belə ki, İlkay Gündoğanla iki illik müqavilə imzalanacaq.

Qeyd edək ki, İlkay Gündoğan bu mövsüm "Mançester Siti" forması ilə 50 oyunda meydana çıxıb, üç qol, yeddi məhsuldar ötürmə ilə yadda qalıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью