Qalatasaray ın Boe üçün bu məbləği ödəyəcəyini düşünmürəm

16.02.2026

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

''Qalatasaray''ın bu qış ''Bavariya''dan icarəyə götürdüyü öz sabiq futbolçusu Saşa Boe ilə bağlı Almaniyada diqqətçəkən fikir səsləndirilib. Bu fikrin müəllifi Almaniya futbolunun əfsanəsi Lotar Matteusdu. ''Bavariya''nın transfer siyasəti ilə bağlı danışan və ayrı-ayrı oyunçuları dəyərləndirən Matteus fransalı müdafiəçinin Munhenə qayıtmamalı olduğunu dilə gətirib: ''Qalatasaray'' Saşa Boeni daimi əsasda transfer etmək üçün yayda 15 milyon avro ödəməlidi. Onların yayda bu məbləği ödəyəcəklərini düşünmürəm. Mən ''Bavariya''nın yerində olsam, Boeyə görə hətta 10 milyon avroluq təklifi də olsa, qəbul edərəm''. Xatırladaq ki, İstanbul nəhəngi bu futbolçunun yarım mövsümlük icarəsi üçün münhenlilərə 500 min avro ödəyib. Boe qayıtdıqdan sonra artıq 2 oyunda iştirak edib. ''Yuventus''la qarşıdan gələn vacib oyunlarda onun Kənan Yıldızın qarşısını kəsməli olacağı gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью