Qalatasaray ın çempionat oyunu təxirə salındı

03.03.2026

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə Super Liqasında 27-ci turun iki oyunu təxirə salınıb.

Sportal.az xəbər verir ki, buna səbəb klubların avrokuboklardakı matçlarıdır. Məlumatı Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti yayıb.

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində iştirak edən "Qalatasaray"la "UEFA Konfrans Liqasında yoluna davam edən "Samsunspor"un oyunu nəzərdə tutulan vaxtda baş tutmayacaq. TFF qarşılaşmaların nə vaxt keçiriləcəyini növbəti günlərdə açıqlayacaq.

Qeyd edək ki, "Qalatasaray" UEFA Çempionlar Liqasında "Liverpul"la (10-18 mart), "Samsunspor" isə Konfrans Liqasında "Rayo Valyekano" ilə (12-19 mart) üz-üzə gələcək.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью