sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Qalatasaray"ın hücumçusu Viktor Osimhen "Barselona"ya təklif olunub. Sport24.az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb.
Mənbənin sözlərinə görə, Kataloniya klubu nigeriyalı hücumçunun bacarıq səviyyəsini yüksək qiymətləndirir. Lakin o, hücum xəttini gücləndirmək üçün prioritet seçim deyil.
"Barselona"nın əsas hədəfi Madrid "Atletiko"sunun hücumçusu Julian Alvaresdir. Bütün çətinliklərə baxmayaraq, katalonlar yayda argentinalı oyunçunu transfer edə biləcəklərinə inanırlar.