Qalatasaray ın futbolçusu bugünkü oyunu buraxacaq

21.01.2025

Icma.az bildirir, Manset saytına əsaslanaraq.

Super Liqa nəhəngi "Qalatasaray"-ın futbolçusu Qabriel Sara Türkiyə kubokunda "Başakşəhər"lə matçda zədələnib.

Manset.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

"Qalatasaray" zədəsi olan braziliyalı futbolçu Qabriel Saranın bu gün Avropa Liqasının "Dinamo Kiyev"lə matçında meydana çıxmayacağını açıqlayıb. Onun olmamasının səbəbi zədənin pisləşməsi riskindən qaçınmaqdır.

Qabriel Sara Avropa Liqasında "Dinamo Kiyev" ilə vacib oyunda özünü riskə atmayacaq. "Sarı-qırmızılar"ın məqsədi 25 yaşlı futbolçunu "Konyaspor"la oyuna qaytarmaqdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью