Qalatasaray ın futbolçusu İtaliya klubunun hədəfində

16.10.2025

Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Qalatasaray"ın futbolçusu Yunus Akgün karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Atalanta" türkiyəli vingeri transfer etmək istəyir. Bu barədə "Foot Italia" məlumat yayıb.

A Seriyası təmsilçisi yanvar ayında 25 yaşlı ön xətt oyunçusunu heyətinə qatmaq üçün İstanbul nəhəngi ilə danışıqlar aparacaq.

Qeyd edək ki, Yunus Akgün "Qalatasaray"ın yetirməsidir. Türkiyə millisinin üzvü bu mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 9 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью