Qalatasaray ın futbolçusu Monako ilə matçı buraxacaq | Icma.az
Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Qalatasaray" bu axşam baş tutacaq "Samsunspor" qarşılaşması öncəsi ciddi itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, komandanın sol cinah müdafiəçisi Ismail Yakobsun əzələsində yırtıq aşkarlanıb.
Klubdan verilən məlumata görə, futbolçunun bərpa prosesi başlayıb və onun təxminən 2 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Bu səbəbdən Yakobs bugünkü "Samsunspor" matçı ilə yanaşı, UEFA Çempionlar Liqasındakı həlledici "Monako" görüşünü də buraxacaq.
"Sarı-qırmızılılar"ın zədəli futbolçusu Super Liqanın növbəti turunda oynanacaq "Antalyaspor" matçında da iştirak edə bilməyəcək.
“Fənərbaxça” İrfanla yollarını ayıracaq Fransalı qapıçı ABŞ klubu ilə müqavilə yeniləyib Zorbay Küçük istintaqa cəlb edilib "Adana Demirspor"un sabiq prezidenti barəsində həbs qərarı verilib Tanınmış türkiyəli şərhçi Ahmet Çakar saxlanılıb Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu