Qalatasaray ın həbsdə olan keçmiş vitse prezidentinn obyektinə silahlı hücum olub Gecə yarısı

27.01.2026

Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Futbolda mərc oyunlarına görə həbs olunan "Qalatasaray"ın həbsdə olan keçmiş vitse-prezidenti Erden Timura məxsus şirkətin binasına silahlı hücum olub.

Mia.az Türkiyə mətbuatna istinadla xəbər verir ki, İstanbulun Levent bölgəsində yerləşən APA NEF binası gecə saatlarında atşə tutulub.

Məlumata görə, hadisədə ölən və yaralanan olmayıb: "Gecə saatlarına görə binada heç kimsə olmadığından yaralı və ya ölü yoxdur. Lakin binanın pəncərələri və fasadı güllə izləriylə zədələnib"

Məlumatda deyilir ki, hücum edən şəxslər maşının nömrəsini dəyişdiyindən hələlik onları tutmaq mümkün olmayıb: "Araşdrıma gedir".

Xatırladaq ki, Erden Timur 29 dekabr 2025-ci ildə futbolda mərc oyunlarına müdaxilə və bu yolla əldəe tdiyi çirkli pulları "yumaq"da ittiham olunaraq saxlanılıb.

Fərid ASLAN

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью