Qalatasaray ın hücumçusu əməliyyat olunub

07.11.2026

Icma.az, Milli.az saytına istinadən bildirir.

"Qalatasaray"ın hücumçusu Viktor Osimhen əməliyyat olunub.

Milli.Az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Nigeriyalı futbolçunun əməliyyatı uğurlu keçib. Onun təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Xatırladaq ki, 27 yaşlı forvard UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda "Ştutqart"la matçda zədələnib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью