Qalatasaray ın İkardi planı

02.01.2026

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Qalatasaray” Mauro İkardinin gələcəyi ilə bağlı qərarını verib.

Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mövsümün sonunda müqaviləsi başa çatan argentinalı hücumçuya 2 illik yeni sözləşmə təklif olunacaq.

Məlumatda bildirilir ki, İstanbul klubu İkardinin hazırda qazandığı 10 milyon avroluq illik maaşın yarıya endirilməsi şərti ilə anlaşma əldə etmək niyyətindədir.

Klub rəhbərliyinin qarşıdakı günlərdə təcrübəli futbolçu ilə rəsmi danışıqlara başlayacağı qeyd olunub.

Qeyd edək ki, Mauro İkardi “Qalatasaray” forması ilə 110 oyuna çıxıb. 32 yaşlı futbolçu bu qarşılaşmalarda 70 qol vurub və 22 məhsuldar ötürmə ilə yadda qalıb. İkardinin transfer dəyəri 6 milyon avro olaraq qiymətləndirilir.

Yamal derbini buraxa bilər “Qarabağ”ın rəqibinin hücumçusu Fransa klubunda - RƏSMİ Bekao A Seriyasına qayıda bilər PSJ “Sportinq”in müdafiəçisini etmək istəyir Portuqaliyalı futbolçu İtaliyaya doğru
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью