Qalatasaray ın istədiyi qapıçı Roma da qaldı RƏSMİ

11.07.2025

Icma.az bildirir, Sportal.az portalına istinadən.

"Qalatasaray"ın transfer etmək istədiyi Mile Svilar "Roma"da qalacaq.

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi serbiyalı qapıçının müqaviləsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı qolkiperlə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Roma" Mile Sviları 2022-ci ilin yayında "Benfika"dan transfer edib. Serbiya millisinin üzvü ötən mövsüm "canavarlar"ın heyətində 51 rəsmi matçda meydana çıxıb.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью