Qalatasaray ın keçmiş hücumçusu Bavariya nın maraq dairəsinə düşüb

27.11.2026

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Bavariya" hazırda azad agent statusunda olan hücumçu Mauro İkardi ilə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.

Mənbənin sözlərinə əsasən, Almaniya klubu Harri Keynin yoxluğunda onun yerini doldura biləcək, ingilis futbolçu qayıtdıqdan sonra isə ehtiyat oyunçu rolunu qəbul etməyə hazır olan bir hücumçu axtarır. "Bavariya" beynəlxalq səviyyədə təcrübəsi olan oyunçunu heyətinə qatmaqda maraqlıdır.

33 yaşlı ingilis futbolçu noyabrın 20-də "Köln"ə qarşı keçirilən matçın 20-ci dəqiqəsində sindesmoz bağlarının yırtılması səbəbindən əvəzlənib. Keyn bu mövsüm bütün turnirlərdə 16 oyuna çıxıb, 10 qol vurub və 10 məhsuldar ötürmə edib.

Qeyd edək ki, İkardi "Qalatasaray"dan ayrılandan sonra klubsuzdu. Argentinalı forvard ötən mövsüm bütün turnirlərdə 16 qola imza atıb. İkardi daha əvvəl PSJ, "İnter" və "Sampdoriya" klublarında da çıxış edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью