Qalatasaray ın məşhur oyunçusu komandadan getdi

03.02.2025

Icma.az bildirir, Manset portalına istinadən.

"Qalatasaray" və "Roma" danimarkalı müdafiəçi Viktor Nelssonun transferi ilə bağlı razılığa gəlib. 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə o, "Qaziantep"lə oyun üçün heyətə salınmayıb. Transferin gün ərzində tamamlanacağı gözlənilir.

Nelson 2021-ci ildə "Qalatasaray"a keçib və o vaxtdan bu klubda 144 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə edib. O, bundan sonra karyerasını İtaliyanın “Roma”sında davam etdirəcək. Bu transferi məşhur jurnalist Fabrizio Romano da təsdiqləyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью