Qalatasaray ın müdafiəçisi Braziliyaya yollanır

28.08.2025

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

"Qalatasaray"ın müdafiəçisi Karlos Kuesta karyerasını Braziliyada davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Vasko da Qama" kolumbiyalı futbolçunun keçidi ilə bağlı "sarı-qırmızılar"la anlaşıb. Bu barədə Braziliya mətbuatı məlumat yayıb.

A Seriyası təmsilçisi Kuestanı 1,5 illik icarəyə götürəcək. "Vasko da Qama" 6 milyon avro ödəməklə 26 yaşlı mərkəz müdafiəçisinin transfer hüquqlarına yiyələnə bilər.

Qeyd edək ki, "Qalatasaray" Karlos Kuestanı bu ilin fevral ayında "Genk"dən transfer edib. Kolumbiya millisinin üzvü "cim bom"un heyətində 9 rəsmi matçda meydana çıxıb.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью