Qalatasaray ın müdafiəçisi üçün 18 milyon avroluq təklif

06.06.2026

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Qalatasaray"ın müdafiəçisi Davinson Sançes karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, tarixi ərzində ilk dəfə UEFA Çempionlar Liqasına vəsiqə qazanan "Komo" kolumbiyalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə "Posta" nəşri məlumat yayıb.

Sesk Fabreqas Sançesi komandasında görmək istəyir. İtaliya klubu 29 yaşlı mərkəz müdafiəçisi üçün Türkiyə çempionuna 16+2 milyon avroluq təklif göndərməyi planlaşdırır.

Qeyd edək ki, "Qalatasaray" Davinson Sançesi 2023-cü ilin yayında "Tottenhem"dən 9,5 milyon avroya transfer edib. Kolumbiya millisinin üzvü 2025/26 mövsümündə "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 45 rəsmi matçda 2 qol vurub.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью