Qalatasaray ın qapçıya ödəyəcəyi pulun 40 faizi əzəli rəqibinə veriləcək

18.04.2025

Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.

"Qalatasaray", nəhayət, uzun illər qapısını qoruyan, mövsümün sonunda isə aktiv futbol karyerasını nöqtələyəcək Musleranın varisini tapıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub indidən “Eyüpspor”da çıxış edən Berke Özerlə qeyri-rəsmi anlaşıb.

İddiaya görə, ölkə xaricindən aldığı təklifləri geri çevirən qapçı “Qalatasaray”ı seçib: "Maraqlı budur ki, "Qalatasaray"ın bu satış üçün "Eyüpspor"a ödəyəcəyi transfer haqqının 40 faizi Berke Özerin üzərində hüquqi haqqqı olan "Fənərbağça"ya gedəcək".

Fərid ASLAN
MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью