Icma.az, Apasport saytına istinadən bildirir.
Türkiyə Mərkəzi Hakimlər Komitəsi (MHK) “Qalatasaray”ın “Samsunspor”la oyununda hakim səhvinə yol verildiyini açıqlayıb.
Apasport.az xəbər verir ki, qurumun sədri Entoni Teylor Superliqanın son turunda mübahisə doğuran epizodları təhlil edib.
İngiltərəli mütəxəssis İstanbul təmsilçisinin Lukas Torreyra ilə vurduğu qolun qeydə alınmasını yanlış qərar kimi qiymətləndirib. O, həmin epizodda ofsayd qeydə alınmalı olduğunu bildirib.
Teylor “Beşiktaş”ın “Konyaspor”la matçında ləğv edilən qolu və Vatslav Çerninin vurduğu qolun qeydə alınmasını isə doğru qərarlar hesab edib.
Bundan başqa, “Amedspor” – “Çaykur Rizəspor” görüşündə Əhməd Kutucuya göstərilən sarı vərəqənin və “Kasımpaşa” – “Alanyaspor” qarşılaşmasında təyin edilən penaltinin düzgün olduğu bildirilib.
Qeyd edək ki, “Qalatasaray” “Samsunspor”la qarşılaşmada 2:1 hesablı qələbə qazanıb.
“Bavariya” Keynin əvəzləyicisini “Arsenal”da tapdı Alisson “Liverpul”un tarixinə düşdü PSJ-dən Çempionlar Liqasında Fransa rekordu Kimmix “Bavariya”nı sərt tənqid etdi – Musiala ilə bağlı qalmaqal “Beşiktaş”, “Milan” və “Yuventus”un oyunları bu kanallarda – TV AFİŞA