Qalatasaray ın sabiq futbolçusu Fənərbaxça ya keçir

29.08.2025

Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Benfika"nın futbolçusu Kerem Aktürkoğlu Super Liqaya qayıtmağa hazırlaşır.

Spportal.az xəbər verir ki, "Fənərbaxça" türk vingerin transferini yekunlaşdırmaq üzrədir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

İstanbul nəhəngi Kerem üçün Portuqaliya klubu ilə razılığa gəlib. Keçid təxminən 25 milyon avroya başa gələcək.

26 yaaşlı ön xətt oyunçusu instaqram hesabından sabiq klubu "Qalatasaray"la bağlı olan bütün paylaşımlarını silib. O, həmçinin klubu da izləmədən çıxarıb.

Qeyd edək ki, "Benfika" Kerem Aktürkoğlunu ötən ilin yayında "Qalatasaray"dan transfer edib. Türkiyə millisinin üzvü Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 58 rəsmi matçda 17 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью