Qalatasaray ın sabiq üzvü Bavariya da it bat olub... | Icma.az
Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ötən mövsüm ''Qalatasaray''ın heyətində Çempionlar Liqasında özünü yaxşı tərəfdən göstərən və qış transfer dönəmində ''30+5'' milyon avro qarşılığında ''Bavariya''ya yollanan Saşa Boe hələ də Almaniyada özünü sübut edə bilməyib.
Transfer olunduqdan sonra zədə üzündən oynaya və özünü göstərə bilməyən futbolçu bu mövsüm də zədələr üzündən gözə girə bilmədi.
24 yaşlı fransalı cinah müdafiəçisi Münhen nəhəngində keçirdiyi 14 ay ərzində cəmi 14 rəsmi oyunda forma geyib və aktivinə 1 məhsuldar ötürmə yazıb.
Onun mövsümün sonunda ''Bavariya''nı tərk etmək ehtimalı yüksək qiymətləndirilir.
Almaniyanın ''Bild'' nəşri Boenin durumu ilə bağlı ''Qalatasaray'' və Niderland yığmasının sabiq üzvü Rayan Babel ilə söhbət edib.
Karyerasını ötən ilin noyabrında başa vuran Babel bunları deyib: ''Əslində Boe ''Bavariya''da oynamaq üçün tələb olunan istedad və özəlliklərə malikdi.
Sadəcə bu özəlliklərini tam olaraq göstərə bilməsi üçün zamana ehtiyacı var.
Tam oxu
Xəbəri oxu