Qalatasaray ın UEFA dakı iştirak ərizəsində hansı dəyişikliklər olacaq?

31.01.2026

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

''Qalatasaray''ı qarşıda Çempionlar Liqasının pley-offunda ''Yuventus'' ilə iki mühüm oyun gözləyir.

"Football-plus.az" xəbər verir ki, bu qış avrokubok iştirakçılarının UEFA-ya bildirdikləri mövsümlük iştirak ərizəsində 3 dəyişiklik etmək haqqı var. ''Qalatasaray''da bu 3 futbolçudan ikisinin adı demək olar, bəllidi. Söhbət yeni transferlər - Noa Lanq ilə Yaser Asprilyadan gedir. İştirak ərizəsinə salınacaq 3-cü ismin kimliyi isə indidən böyük maraq doğurur. Bu, ya digər yeni transfer, ya da Kazımcan Karataş olacaq.
Ötən mövsümü icarə əsasında Rusiyada keçirən Kazımcan bu mövsümün ilk dövrəsində Okan Burukun şans verdiyi matçlarda heç də pis təsir bagislamayıb.
Xatırladaq ki, Avropanın böyük əksəriyyətində qış transfer dönəmi fevralın 3-də, Türkiyədə isə fevralın 6-da başa çatacaq. Bu məqam ''Qalatasaray''a transferdə əlavə fürsət və zaman verəcək. 2024-ün yayında ''Cim-Bom'' Viktor Osimheni məhz bu cür icarəyə götürmüşdü. Həmin vaxt Türkiyədən başqa Avropada hər yerdə ''pəncərə'' bağlanmışdı.
Onu da vurğulayaq ki, UEFA-nın iştirak ərizəsində 3 dəyişiklik etmək üçün son tarix 5 fevral saat 23.59-du.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью