Qalatasaray ın ulduzu İngiltərə yolunda

07.12.2025

Icma.az, Fanat portalına istinadən məlumat verir.

İngiltərənin “Lids Yunayted” klubu “Qalatasaray”ın braziliyalı yarımmüdafiəçisi Qabriel Saranı transfer hədəfləri siyahısına daxil edib.

Fanat.Az “Football Insider” nəşrinə istinadən xəbər verir ki, Türkiyə təmsilçisinin rəhbərliyi 26 yaşlı futbolçunun transferinə görə 20 milyon avro tələb edir.

“Lids” isə yarımmüdafiəni gücləndirmək üçün bu məbləği ödəyə bilər.

Qabriel Sara bu mövsüm Qalatasarayın əsas oyunçularından biri kimi çıxış edir və həm yaradıcılığı, həm də çox yönlü oyun stili ilə diqqət çəkir.

Transfer danışıqlarının yaxın günlərdə aktivləşməsi gözlənilir.

Kamil Xudiyev

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью