Icma.az, Footbal-plus portalına istinadən məlumat verir. Karyerasını ''Qalatasaray''da davam etdirən Alvaro Morata son açıqlaması ilə diqqət
"Football-plus.az" xəbər verir ki, təcrübəli forvard hazırda İspaniya yığmasının düşərgəsindədi.
İspanlar Millətlər Liqasının yarımfinalında Fransa ilə oyuna hazırlaşırlar.
Yığmanın düşərgəsində ispaniyalı jurnalistlərlə söhbət edən Morata könlündən keçən klubun adını açıqlayıb:''İspaniyada növbəti klubum hansı olacaq?
''Xetafe''. Hər halda bu klubda oynamaq üçün əlimdən gələni edəcəm. Amma indi bunu etməyin və ya bu haqda danışmağın zamanı deyil.
''Sevilya''dan təklif almışammı? Xeyir. Ən azından mənim bu haqda məlumatım yoxdu.
Ancaq ''Sevilya'' əlbəttə ki, böyük və diqqətəlayiq klubdu. Onlardan teklif gəlsə, bunun üzərində düşünə bilərəm.
''Qalatasaray''la hələ 6 aylıq müqaviləm qalıb. Sonra nə olacağını bilmirəm.