Qalatasaray ın yeni ulduzu derbini buraxacaq! | Icma.az
Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
''Qalatasaray''ın yeni transferi Alvaro Moratadan üzücü xəbər gəlib.İspaniyalı ulduz Avropa Liqasının pley-offunda ''Alkmaar''a qarşı son oyunda zədə alıb.''Football-plus.az'' xəbər verir ki, klubdan təcrübəli oyunçunun zədəsi ilə bağlı rəsmi açıqlama verilib.
Moratanın sol ayaq arxa əzələsində yırtıq aşkarlanıb. Bu da o deməkdi ki, 32 yaşlı futbolçu 3-4 həftəliyə sıradan çıxıb.
Yəni o, fevralın 24-də ''Fənərbaxça''ya qarşı baş tutacaq prinsipial derbini buraxmalı olacaq!
Morata ''Alkmaar'' ilə qarşılaşmanın son anlarında əvəzlənmişdi.
Müqavilə ilə ''Milan''a məxsus olan İspaniya yığmasının üzvü ''sarı-qırmızılar''ın heyətində 4 rəsmi oyun keçirib və 2 qol vurub.
O, kubokda ''Boluspor''a qarşı oyunda fərqlənərək Türkiyə karyerasında ilk qolunu vurmuşdusa, yarımçıq qalan ''Adana Dəmirspor'' matçında da penaltidən fərqlənmişdi.
''Qalatasaray'' onu 6 milyon avro qarşılığında birillik icarəyə götürüb.ƏLİ Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu