Qalatasaray ın zədəli futbolçusundan xəbər var | Icma.az
Icma.az, Sportal.az saytına istinadən bildirir. "Qalatasaray"ın zədəli futbolçusu Vilfred Sinqonun yaşıl meydanlara qayıdışı ləngiyir.
Sportal.az xəbər verir ki, Fil Dişi Sahili milli komandasının üzvünün məşqlərə nə vaxt qoşulacağı məlum olub.
Sinqo daha iki həflə komandaya kömək edə bilməyəcək. 24 yaşlı sağ cinah müdafiəçisi dekabrın 20-dən sonra kollektivlə birlikdə çalışacaq.
Qeyd edək ki, "Qalatasaray" Vilfred Sinqonu bu ilin avqust ayında "Monako"dan 30 milyon avroya transfer edib.
O, İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 1 qol ötürməsi edib.
saytlarin hazirlanmasi Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu